
"Yuventus"un azarkeşləri Antonio Konteni istəyirlər.
Sportnet.az xəbər verir ki, "Tuttosport" nəşri bu fikirlə çıxış edib.
Qəzet “Yuventus”un azarkeşləri arasında kimi komandanın baş məşqçisi vəzifəsində görmək istədikləri ilə bağlı sorğu keçirib.
Səsverməyə qatılanların 50 %-dən çoxu “Napoli”nin hazırkı çalışdırıcısı Kontenin adını çəkib. 55 yaşlı mütəxəssis 2011-2014-ci illərdə "Yuve"yə rəhbərlik edib və komandaya ardıcıl üç mövsüm A Seriyasında çempionluğu qazandırıb.
Sorğuya qatılanların 25 %-i "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperiniyə, 10 %-i isə hazırda işsiz olan Roberto Mançiniyə səs verib.
Qeyd edək ki, 2020-ci ildən sonra İtaliya çempionu ola bilməyən "Yuventus"u bu mövsümdən Tyaqo Motta çalışdırır və hazırda komanda lider "İnter"dən 9 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.