
Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibaşiç 43 yaşında vəfat edib.
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun apreldə 44 yaşı tamam olacaqdı.
A.Delibaşiçə 2023-cü ilin martında beyin şişi diaqnozu qoyulmuş və əməliyyat olunmuşdu. O, müalicə aldıqdan sonra “Buduçnost” klubunda idman direktoru kimi fəaliyyət göstərib. Ancaq xəstəlik yenidən özünü göstərib.
Qeyd edək ki, "Partizan"la Serbiya çempionatının qalibi olan hücumçu Portuqaliya “Benfika”sında da eyni uğuru qazanıb. O, karyerası ərzində “Rayo Valyekano”, “Herkules”, “Real Sosyedad”, “Malyorka” (hamısı İspaniya) və digər klublarda da çıxış edib. Monteneqro millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.