
Yaponiya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, yığma seçmə mərhələnin VII turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundiala yüksəlib.
"Gündoğan ölkə" təmsilçisi yer aldığı C qrupunda 19 xalla minimum ikinci yeri özü üçün təmin edib. Yaponiyanı 10 xalla Avstraliya təqib edir. Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.