
AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Sportnet.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları və dostları, futbol veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Çingiz İsmayılov ötən gün 89 yaşında dünyasını dəyişib.