
İsrailin futbol klubları 2025/2026 mövsümündə də qitə miqyaslı turnirlərdə rəqiblərini neytral stadionlarda qəbul edəcəklər.
Sportnet.az "One" nəşrinə istinadən xəbər verir ki, UEFA bu barədə onları indidən məlumatlandırıb.
Avropa futbol qurumu müvafiq milli assosiasiyaya avrokubok qarşılaşmaları üçün İsraildən kənarda stadionları müəyyənləşdirməyin gərəkliyini çatdırıb. UEFA-nın yaxın müddətdə İsrailə oyunlar təyin etməyi planlaşdırmadığı da bildirilir.
Qeyd edək ki, 2024/2025 mövsümündə "Sabah" İsrsailin "Makkabi" (Hayfa) komandası ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki səfər oyununu Macarıstanın Kişvarda şəhərindəki "Varkert" stadionunda keçirib və qalib gəlib - 3:0. Ev oyununda 3:6 hesabı ilə uduzmasına baxmayaraq, Azərbaycan təmsilçisi penaltilər seriyasında 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.