
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev "Eqnatiya"nın heyətində Albaniya Superliqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin komandası XXXII turda "Bilis"in qonağı olub.
Balşi şəhərindəki "Aduş Muça" stadionunda təşkil olunmuş qarşılaşma "Eqnatiya"nın qələbəsi ilə yekunlaşıb - 2:0.
Əsas heyətdə oyuna başlayan Əliyev 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. O, matçın sonuna qədər meydanda olub.
Bu qələbə sayəsində xalını 58-ə çatdıran "Eqnatiya" liderliyini möhkəmlədib.
Qeyd edək ki, Z.Əliyev cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 1 qolla yadda qalıb.