
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçirilib.
“Barselona” İspaniyada Almaniyanın “Borussiya Dortmund” klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qollardan 2-ni Robert Levandovski, digərlərini Rafinya və Lamin Yamal vurub.
Bununla da Rafinya qol sayını 12-yə çatdıraraq, Çempionlar Liqasının bombardirlər siyahısında liderliyini davam etdirib. İkinci yerdə 11 qolla Levandovski qərarlaşıb.
Gecənin digər matçında da 4 qol vurulub. PSJ Fransada İngiltərə “Aston Villa”sı üzərində inamlı qələbə qazanıb - 3:1. Qollardan birini gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya vurub.
Cavab görüşləri aprelin 15-də olacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. "Barselona" (İspaniya) – "Borussiya Dortmund" (Almaniya) - 4:0
Qollar: Rafinya, 25. Robert Levandovski, 48; 66. Lamin Yamal, 77
23:00. PSJ (Fransa) – "Aston Villa" (İngiltərə) - 3:1
Qollar: Dezire Due, 39. Xviça Kvaratsxeliya, 49. Nunu Mendeş, 90+2 - Morqan Rocers, 35
Qeyd edək ki, ilk oyun günündə "Arsenal" İngiltərədə İspaniya "Real Madrid"ini 3:0, İtaliya "İnter"i isə Almaniyada "Bavariya"nı 2:1 hesabı ilə məğlub edib. Cavab görüşləri aprelin 16-da keçiriləcək.