
“Turan Tovuz”un ayağı sınan moldovalı futbolçusu Denis Marandiçi Azərbaycana qayıdıb.
Sportnet.az məlumatına görə, 29 yaşlı oyunçu Portuqaliyadan dünən gecə gəlib.
Müdafiəçi artıq komanda ilə məşqlərə başlaya bilər. Həkimlər Marandiçiyə daha çox bərpa və yüngül məşqlər etməyə icazə verirlər.
Onun mövsümün son oyunlarına qədər yaşıl meydanlara qayıtma ehtimalı var. Bunun üçün isə formasını tam bərpa etməlidir.
Qeyd edək ki, Denis Marandiçi dekabrın 3-də "Sabah" komandasına qarşı Azərbaycan Kubokunun 1/8 final oyununda zədələnib.
Rəqib futbolçu Pavol Şafrankonun zərbəsindən sonra onun ayağı qırılıb. Marandiçi Tovuz şəhər stadionundan birbaşa xəstəxanaya aparılıb, daha sonra əməliyyat olunub.