
Almaniyanın “Bavariya” klubunun futbolçusu Leroy Sane Səudiyyə Ərəbistanından gələn 100 milyon avroluq təklifi rədd edib.
Sportnet.az “Sky Sport” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə “Əl-İttihad” klubu maraqlanıb.
Klub oyunçuya ümumi dəyəri 100 milyon avro olan dörd illik müqavilə təklif edib.
Sane Münhen klubunun heyətində Çempionlar Liqasını qazanmaq istəyir. Almaniya Kubokunda qalib gəlmək də onun məqsədləri arasında yüksək yer tutur.
Qeyd edək ki, daha əvvəl Leroy Sane və “Bavariya”nın müqavilənin daha 3 il müddətinə uzadılması barədə razılığa gəldiyinə dair məlumatlar yayılmışdı.