
İngiltərə “Mançester Yunayted"i bu mövsüm Avrokuboklarda məğlub olmayan yeganə klubdur.
Sportnet.az xəbər verir ki, “qırmızı şeytanlar”ın Avropa Liqasında 8 qələbəsi və 5 heç-heçəsi var.
Cari mövsümdə Avrokubokların bütün digər iştirakçıları ən azı bir oyunda məğlub olub.
Qeyd edək ki, Ruben Amorimin baş məşqçisi olduğu klub Avropa Liqasının finalına vəsiqə qazanmağa xeyli yaxındır. Mançesterlilər yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Atletik”i (İspaniya) böyük hesabla məğlub edib (3:0).