
Fransanın PSJ klubu Kilian Mbappenin ayrılığından sonra ilk mövsümdəcə Çempionlar Liqasının (ÇL) finalına yüksəlib.
Sportnet.az xəbər verir ki, Paris təmsilçisi İngiltərə “Arsenalı”i ilə yarımfinal oyunlarında iki qələbə (ümumi hesab 3:1) qazanaraq, 5 il aradan sonra turnirin finalına yüksəlib.
Mbappe Paris klubunda 2018 - 2024-cü illərdə çıxış edib, daha sonra İspaniya “Real Madrid”inə keçib.
PSJ sonuncu dəfə 2020-ci ildə ÇL-in finalına çıxmışdı. Həmin vaxt Fransa nəhəngi Almaniyanın “Bavariya” klubuna minimal hesabla uduzmuşdu - 0:1.
“Real Madrid” isə bu mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”a ümumi 1:5 hesabı ilə məğlub olaraq turnirdə müqbarizəni dayandırıb.
Qeyd edək ki, PSJ və “İnter” arasında ÇL-in final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.