
“Persepolis” klubunun baş məşqçisi İsmail Kartal İran Pro Liqasının XXIX turunda səfərdə “Xeybər”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, buna səbəb rəqib komandanın menecerinin "Persepolis" klubunun rəhbərinə yumruq atması olub.
Türkiyəli mütəxəssis olaya sərt reaksiya verərək konfransı erkən bitirib: "Bizə qaşın təhqirlər, söyüşlər... Futbol bu cür inkişaf etməz. Qələbə qazansaq və ya uduzsaq da, hörmət olmayan yerdə ədalət ola bilməz".
Kartalın rəhbərlik etdiyi komanda bu qələbə sayəsində xallarının sayını 57-yə çatdırıb. Komanda paytaxt təmsilçisi "Sepahan"la 2-3-cü pillələri bölüşdürür.
Qeyd edək ki, Cənubi Azərbaycanın "Traktor" komandası vaxtından əvvəl İran çempionatının qalibi olub.