1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" həvəskarlarla bacarmadı
İyunun 20-dən Gəncədə seleksiya xarakterli təlim-məşq toplanışına başlayan "Kəpəz” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən matçda rəqib Qəbələnin həvəskarlardan ibarət eyniadlı təmsilçisi olub.
Yerli hakimlər briqadasının idarə etdiyi matçda isti hava şəraitində keçib. Bununla belə, oyunu 300-dək azarkeş izləyib. Rəqib qarşısına hər hissədə bir heyətlə çıxan "Kəpəz” üçün oyun yaxşı başlamayıb. Həvəskarlar ilk yarıda hesabı açıb. Amma fasilədən sonra meydan sahiblərinin gənc yarımmüdafiəçisi Rəhman Allahverdiyev hesabı bərabərləşdirərək, həm də son nəticəni təyin edib.
"Qəbələ” ilə oyunda "Kəpəz"in məşqçilər korpusu 21 futbolçunu baxışdan keçirib. Onlar haqda qərar qarşıdakı günlərdə veriləcək. Gəncə təmsilçisi iyunun 26-da "Turan Tovuz”la qarşılaşacaq.
Qeyd edək ki, matçdan sonra azarkeşlərlə baş məşqçi Şahin Diniyev arasında görüş keçirilib. Görüşdə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və klubun icraçı direktoru Mehman Allahverdiyev də iştirak edib. Komandanın gələcək planları ilə maraqlanan 50-yə yaxın fanat baş məşqçiyə suallar ünvanlandırıb. Azarkeşlərin bütün suallarını həvəslə cavablandıran Diniyev onları səbrli olmağa və komandaya dəstək verməyə çağırıb.