
İspaniyanın “Real Madrid” klubunun azarkeşləri La Liqada XXXV turun “Barselona”ya 3:4 hesabı ilə uduzduğu qarşılaşmadan sonra klubun təlim-məşq bazasında toplaşaraq futbolçuları etirazla qarşılayıblar.
Sportnet.az “Marca” nəşrinə istinadən xəbər verir ki, onlar bazanın qarşısına üzərində “Utanc” yazılmış plakat asıblar.
Hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları isə plakatı qısa müddət sonra oradan yığışdırıblar.
Qeyd edək ki, 35 turdan sonra “Real Madrid” La Liqanın turnir cədvəlində 75 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” isə bu qələbə ilə xallarını 82-yə çatdıraraq “kral klubu” ilə fərqi 7-yə yüksəldib.