"Xəzər-Lənkəran” Futbol Klubunun gənc hücumçusu Ağabala Ramazanov baş məşqçi Mustafa Dənizlinin klubdan ayılmasına münasibət bildirib. Sportnet.az-a açıqlama verən Ramazanov baş məşqçinin klubdan ayrılma səbəbindən xəbərsiz olduğunu söyləyib.
"Bu barədə heç bir məlumatım yoxdur. Mən də sizin kimi ordan-burdan oxuyuram” deyə gənc hücumçu bildirib.
Ramazanov kluba baş məşqçi kimi Mirça Rednikin dəvət olunması xəbərinə də münasibət bildirib: "Rednikin gəlib-gəlməyəcəyini bilmirəm, yəni maraqlanmıram. O, əvvəllər "Xəzər Lənkəran”da çalışanda mən olmamışam, amma görürəm ki, tərəfdarlar sevinmişdi. Hər oyunda azarkeşlər onun şəkli ilə qışqırırdı. Amma mən onunla işləməyin nə demək olduğunu bilmirəm”.
Sevinc Xanqızı