
Fransa çempionatına pley-off mərhələsi tətbiq oluna bilər.
Sportnet.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, Liqa1-də mümkün dəyişikliklərdən biri mövsümün sonunda ölkənin ən güclü 4 komandası arasında əlavə mini-turnirin keçirilməsidir. Həmin pley-off oyunlarından sonra ölkə çempionunun müəyyənləşməsi nəzərdə tutulub.
Yeni formatın çempionatda intriqanın artırılmasına yönəldiyi bildirilir.
Məlumata görə, dörd komandanın iştirak etdiyi mini-turnir iki yarımfinal və bir finaldan ibarət olacaq.
Bütün klubların yeni qaydalara müsbət cavab verməyəcəyi gözlənilir. Bəzi komandalar matçların sayının artması səbəbindən yeniliyə qarşı çıxa bilər.