
İtaliya Kubokunda final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə "Milan" və "Bolonya" komandaları üz-üzə gəlib.
Roma şəhərindəki "Olimpiko" stadionunda təşkil olunmuş matç "Bolonya"nın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə Dan Ndoy vurub.
Beləliklə, "Bolonya" tarixində 3-cü dəfə İtaliya Kubokunda sahib olub. Klub sonuncu dəfə 1974-cü ildə bu titulu əldə etmişdi.