
Braziliya millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Mançester Siti" 24 yaşlı hücumçu ilə maraqlanır.
Daha əvvəl oyunçunun Madrid təmsilçisindən ayrılmaq istədiyinə görə La Liqa matçında "Barselona"ya qarşı (3:4) oynamadığı bildirilib.
Qeyd edək ki, Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real"a keçib. O, bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.