
"Hər çempionluğun arxasında böyük zəhmət var".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Kəpəz"i 3:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı müdafiəçi çox çalışdıqlarını söyləyib: "Bugünkü çempionluğu da çalışqanlığa bağlayıram. Komanda olaraq çox çalışdıq. UEFA Avropa Liqasında uğursuz olduq. Gələn il hədəfimiz yenidən çempion olmaq və avrokuboklarda daha yaxşı nəticə qazanmaqdır".
O, çempionluğu artıq qeyd etdiklərini bildirib: "Bu gün də medallarımızı alacağıq. Bundan sonra önəmli olan "Sabah"la Azərbaycan Kubokunun final oyunudur. Orada qalib gələrək daha yaxşı qeyd etmək istəyirik".
Mustafazadə komandanın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən də danışıb: "Hər şey yüksək səviyyədədir, münasibətimiz də əladır".