İspaniyanın “Barselona" klubunun futbolçusu Lamin Yamal növbəti mövsümdən 10 nömrəli forma geyinəcək.

 

Sportnet.az “Managing Barça”ya istinadən xəbər verir ki, nömrə dəyişikliyi ispaniyalı cinah hücumçusunun 18 yaşı tamam olandan sonra (13 iyul) təsdiq olunacaq.

Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi Yamalla bir milyard avroluq satın alma bəndi ilə yeni müqavilə imzalayacaq.

 

Hazırda “Barselona”da 10 nömrə altında Ansu Fati çıxış edir. Nömrə dəyişikliyi onun klubda qalıb-qalmamasından asılı olmayaraq baş verəcək.

 

Daha əvvəl “Barsa”da 10 nömrəli forma ilə Lionel Messi, Ronaldinyo, Rivaldo, Dieqo Maradona, Xuan Rikelme və Romario kimi ulduzlar oynayıblar.

 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm ərzində meydana çıxdığı 54 oyunda 18 qol və 21 məhsuldar ötürmə müəllifi olub.