
Xorvatiya Futbol Federasiyasının prezidenti Mariyan Kustiç ölkə çempionatının qalibini magistral yolda gözləməli olacaq.
Sportnet.az xəbər verir ki, buna səbəb rəhbər şəxsin Xorvatiyanın çempionluq kubokunun hansı şəhərə aparmalı olduğunu bilməməsidir.
Liqanın sonuncu - XXXVI turunda çempionluq uğrunda mübarizə aparan “Riyeka”, “Dinamo Zaqreb” və “Hayduk”un oyunları eyni saatda başlayacaq.
62 xala malik "Riyeka" eyniadlı şəhərdə "Lokomotiva Zaqreb"lə, eyni xala malik "Dinamo" paytaxt Zaqrebdə "Varajdin"lə, 60 xalı olan "Hayduk" isə səfərdə "Şibenik"lə qarşılaşacaq.
Kustiç çempionluq kubokunu qalib komandaya vermək üçün magistral yolların kəsişməsində gözləyəcək.
Riyekadakı XNK stadionu ilə Zaqrebdəki "Maksimir" stadionu arasında məsafə 171 km, Şibenikdəki "Şubiçevats Arena" ilə isə 350 km təşkil edir.
"Şubiçevats"la "Maksimir" stadionlarının arasında olan məsafə 349 km-dır.
Hər üç qarşılaşma mayın 25-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Xorvatiya çempionatının son qalibi "Dinamo Zaqreb" klubudur.