
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Hindistan millisinin oyunçusu Arş Katyal ağır zədə alıb.
Sportnet.az xəbər verir ki, Portuqaliya ilə matçın 19-cu dəqiqəsində oyunçulardan biri top uğrunda mübarizə zamanı yerə yıxılaraq, huşunu itirib.
İlkin tibbi müayinədən sonra o, meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, hazırda Portuqaliya hesabda öndədir - 1:0. Hindistan millisi əvvəlki oyunlarında Slovakiyaya 0:15, Bolqarıstana 0:5 hesabı ilə uduzub.