
Azərbaycan Kubokunun finalında keçiriləcək "Qarabağ" - "Sabah" oyununu hər iki komandadan bir futbolçu buraxacaq.
Bu barədə Sportnet.az-a klubların mətbuat xidmətindən məlumat verilib.
Ağdam təmsilçisinin yarımmüdafiəçisi Aleksey İsayev, Masazır komandasının isə müdafiəçisi Amin Seydiyev həlledici matçda iştirak etməyəcək.
Hər iki oyunçu zədə səbəbindən Azərbaycan milli komandasının iyunun 7-də səfərdə Latviya və iyunun 10-da evdə Macarıstanla keçiriləcək yoldaşlıq oyunlarına da çağırılmayıb.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" finalı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.