
"Öncə 28 may - Respublika Günü münasibətilə hamını təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə “Sabah” komandası ilə keçiriləcək Azərbaycan Kubokunun finalından öncə təşkil edilən mətbuat konfransında deyib.
28 yaşlı müdafiəçi yaxşı təşkilatlanmış kollektivə qarşı çıxış edəcəklərini bildirib: "İstər ilk titulu qazanmaq, istərsə də Avropa Liqasına vəsiqə baxımından bu, onlar üçün böyük fürsətdir.
Çox böyük istəkli komandaya qarşı oynayacağıq. Amma biz də titullarımızın sayını artırmaq istəyirik. Düşünürəm ki, mayın 31-də bizi çox yaxşı final oyunu gözləyir".
Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyun saat 19:00-da başlanacaq.