
"Liverpul"un çempionluq paradında baş verən qəzanın günahkarı məhkəmə qarşısına çıxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mayın 26-da "Liverpul" Premyer Liqadakı çempionluğunu qeyd etmək üçün keçirilən bayram paradında bir avtobus azarkeşlərə çırpılıb. Son məlumatlara görə, hadisə zamanı 9-78 yaş arasında olan 79 nəfər xəsarət alıb.
Hadisəsində şübhəli bilinən 53 yaşlı Pol Doyl, təhlükəli sürücülük, qəsdən sağlamlığa ağır zərər vurma və başqa 5 maddə ilə ittiham edilir. İttihamlar biri uşaq da daxil olmaqla altı qurbana aiddir.
Polis şübhəlinin nəzarətə alındığını bildirib. O, bu gün 30-da məhkəmə qarşısına çıxacaq.