
UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" komandaları arasında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Rumıniyalı baş hakim İştvan Kovaçın idarə etdiyi görüşdə ilk qolu artıq 12-ci dəqiqədə Əşrəf Hakimi keçmiş komandasının qapısından keçirib. O, qola sevinməyib və əlini qaldıraraq, "İnter" azarkeşlərindən üzr istəyib.
20-ci və 63-cü dəqiqələrdə iyunun 3-də 20 yaşı tamamlanacaq Dezire Due fərqlənərək, "dubl" edib.
73-cü dəqiqədə isə Xviça Kvaratsxeliya təkbətəkdən qol vuraraq, Çempionlar Liqasının finalında fərqlənən gürcü futbolçu kimi adını tarixə yazdırıb.
Matçda son nöqtəni 87-ci dəqiqədə Senni Mayulu qoyub.
Beləliklə, PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə bu titula dördüncü dəfə yiyələnmək şansını son 3 ildə ikinci, ümumilikdə dördüncü dəfə əldən verib.
PSJ-nin baş məşqçisi Luis Enrike isə futbolçu kimi qazana bilmədiyi Çempionlar Liqasına baş məşqçi kimi ikinci dəfə sahib olub. O, ilk dəfə İspaniya "Barselona"sında ikən 2014/2015 mövsümündə bu titula yiyələnmişdi.
----------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, final oyununda İtaliyanın "İnter" klubu ilə Fransanın PSJ komandası üz-üzə gələcək.
Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç rumıniyalı referi İştvan Kovaça həvalə olunub.
PSJ tarixində ilk dəfə, "İnter" isə dördüncü dəfə bu titulu əldə edə bilər.
Bu komandalar Çempionlar Liqasında ilk dəfə üz-üzə gələcəklər. Fransa və İtaliya klubları isə 1992/1993 mövsümündən sonra ikinci dəfə görüşəcəklər. Həmin vaxt Münhen şəhərindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada "Marsel" "Milan"a qalib gəlib.
PSJ 2020-ci il finalında Portuqaliyanın paytaxtı Lissabonda "Bavariya"ya uduzub. "İnter" isə sonuncu dəfə kuboku 2010-cu dəfə qaldırıb. 2023-cü ildə bu komanda finalda İngiltərənin "Mançester Siti" komandasına elə baş məşqçi Simone İnzaginin rəhbərliyi altında uduzub.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi İspaniyanın "Real Madrid" klubudur.
UEFA Çempionlar Liqası
FİNAL
31 may
23:00. PSJ (Fransa) - "İnter" (İtaliya) - 5:0
Qollar: Əşrəf Hakimi, 12. Dezire Due, 20; 63. Xviça Kvaratsxeliya, 73. Senni Mayulu, 87
Qollar: Əşrəf Hakimi, 12. Dezire Due, 20
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Münhen (Almaniya), "Alyants Arena"