
İspaniya La Liqasında 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Sportnet.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Barselona"nın baş məşqçisi Hans-Diter Flik layiq görülüb.
60 yaşlı alman mütəxəssis səsvermədə Ernesto Valverde (“Atletik Bilbao”), Mişel Sançes (“Jirona”), Dieqo Simeone (“Atletiko Madrid”), Xose Bordalas (“Xetafe”), Manuel Pelleqrini (“Real Betis”) və Manolo Qonzalesi (“Espanyol”) qabaqlayıb.
Qeyd edək ki, "Barselona" Hans-Diter Flikin rəhbərliyi altında İspaniya La Liqasının qalibi olub. O, 2024-cü ildən Kataloniya təmsilçisinin sükanı arxasındadır.