Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.

 

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də Muxtar Respublika təmsilçisinin heyətində keçirəcək.

 

Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.