
“Sumqayıt” klubu futbolçuları Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər üç oyunçu ilə başa çatan müqavilələr yenilənməyib.
Qeyd edək ki, M.Yansane 2025-ci ilin yanvarından, M.Miloviç 2024-cü ilin yayından, Rövlan Muradov isə 2023-cü ilin yayından "Sumqayıt"ın şərəfini qoruyurdu.