
I Liqanın debütantı “Şəfa” klubu “Qarabağ” və Azərbaycan milli komandasının futbolçusu Rüstəm Əhmədzadəyə “elçi düşüb”.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi 2022-ci ilin yanvarından icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə ilə danışıqlara keçib.
25 yaşlı hücumçuya “qartallar”dan daha çox ödəniş təklif edilib. Lakin Əhmədzadə I Liqada çıxış edə bilməyəcəyini qarşı tərəfə bildirib.
Qeyd edək ki, icarə müddəti bitdiyi üçün Rüstəm Əhmədzadə müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdıb.