
Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığması "Canadian Shield" turnirində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib yerli komanda olub.
Görüş Kanadanın qələbəsi ilə yekunlaşıb - 4:2.
Meydan sahiblərinin ilk 2 qolunu 4-cü və 24-cü dəqiqələrdə Conatan Devid vurub. 31-ci dəqiqədə Promis Devid, 82-ci dəqiqədə isə Teycon Bükenen fərqlənib.
Ukraynanın qollarını İlya Zabarnı 89-cu, Aleksandr Zinçenko 11 metrlik cərimə zərbəsi ilə 90+2-ci dəqiqədə vurub.
Türkiyə millisi isə ABŞ-la səfər qarşılaşmasında 2:1 hesablı əzmkar qələbə qazanıb. Hələ 1-ci dəqiqədə Cem Makqlinnin qolu ilə geri düşən "ay-ulduzlular" Arda Gülərin 24-cü, Kərəm Aktürkoğlunun 27-ci dəqiqədə vurduğu qollarla qalib gəlib.