
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola futbol tarixində ən yaxşı məşqçinin adını açıqlayıb.
Teleqraf “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis şotlandiyalı Ser Aleks Ferqyusonu fərqləndirib.
“O, futbolda bir nömrədir. Ferqyuson futbolda dəyişikliklər və dinamika baxımından birincidir”, – deyə Qvardiola bildirib.
Qeyd edək ki, Ser Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən sayılır. O, 1986 - 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi kimi Premyer Liqada 13 çempionluq, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası titulu qazanıb. Ferqyuson komandalar qurmaq, oyunçuları motivasiya etmək və futboldakı dəyişikliklərə uyğunlaşmaq bacarığı ilə tanınıb. Onun liderlik üslubu və idarəçilik keyfiyyətləri, bir çox nüfuzlu futbol mütəxəssislərinin fikrincə, bu idman növündə silinməz iz buraxıb.