
Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib.
Sportnet.az xəbər verir ki, 16-cı turda yerli azarkeşləri önündə Paraqvayı 1:0 hesabı ilə üstələyən Braziliya yığması mundiala vəsiqəni təmin edib. Beşqat dünya çempionlarının yeganə qolunu 44-cü dəqiqədə “Real Madrid”in ulduzu Vinisius Junior vurub.
Səfərdə Peru ilə qolsuz bərabərliyə nail olan Ekvador yığması da DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.
Çili millisi sona 2 tur qalmış dünya çempionatına vəsiqə qazanmaq üçün riyazi şanslarını da itirib.
Qeyd edək ki, Cənubi Amerika zonasından mundiala 6 komanda birbaşa vəsiqə qazanır.
Keçirilən oynlarda nəticələr belə olub:
Boliviya – Çili – 2:0
Uruqvay – Venesuela – 2:0
Argentina – Kolumbiya – 1:1
Braziliya – Paraqvay – 1:0
Peru – Ekvador – 0:0
Xal durumu: Argentina – 35 xal, Ekvador – 25, Braziliya – 25, Uruqvay – 24, Paraqvay – 24, Kolumbiya – 22, Venesuela – 18, Boliviya – 17, Peru – 12, Çili – 10.