
2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq futbol üzrə dünya çempionatında rekord sayda - 48 komanda iştirak edəcək.
Sportnet.az xəbər verir ki, artıq mundiala bir il qalmış 13 iştirakçı yığmanın adı müəyyənləşib.
Üç ev sahibi komanda avtomatik vəsiqə qazanıb.
Daha 10 ölkə isə öz zonalarında uğurlu nəticə əldə edərək DÇ-2026-da iştirakı təmin edib. Yaponiya, İran, Özbəkistan, Cənubi Koreya, İordaniya və Avstraliya Asiya zonasından bu hüquqa yiyələnib.
Yeni Zelandiya Okeaniya zonasından, Argentina, Braziliya və Ekvador isə Cənubi Amerika zonasından mərhələ adlayıb.
Qalan 35 ölkənin adına bu ilin sonlarınadək aydınlıq gələcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa zonası üzrə seçmə mərhələdə D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq. Dünya çempionatı 2026-cı ildə 11 iyundan 19 iyuladək keçiriləcək.