
18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turniri başa çatıb. Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin son oyununda Rusiya və Azərbaycan yığmaları qarşılaşıb.
"Bayıl Arena"da keçirilmiş oyun 4:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə yekunlaşıb. Beləliklə, hər iki oyununu qələbə ilə başa vuran şimal qonşularımız turnirin qalibi olub.
"Bayıl Arena"da keçirilmiş oyun 4:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə yekunlaşıb. Beləliklə, hər iki oyununu qələbə ilə başa vuran şimal qonşularımız turnirin qalibi olub.
Qeyd edək ki, yarış çərçivəsində daha öncə keçirilmiş Azərbaycan - İsrail qarşılaşması 0:1, İsrail - Rusiya oyunu isə 1:4 hesabı ilə başa çatıb.