
Bu gün ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində I turun daha dörd qarşılaşması keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu C qrupunda Almaniya "Bavariya"sı ilə Yeni Zelandiyanın "Oklend Siti" komandası arasında baş tutacaq.
TQL stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Günün mərkəzi oyunu isə B qrupunun təmsilçiləri arasında olacaq. Burada Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə İspaniya "Atletiko Madrid"i üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matç "Rouz Boul" stadionunda keçiriləcək.
FIFA Klublararası Dünya Çempionatı
I tur
A qrupu
02:00 "Palmeyras" (Braziliya) - "Portu" (Portuqaliya)
B qrupu
23:00 PSJ (Fransa) - "Atletiko Madrid" (İspaniya)
06:00 "Botafoqo" (Braziliya) - "Sietl Saunders" (ABŞ)
C qrupu
20:00 "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya).
Qeyd edək ki, klublararası dünya çempionatının açılış oyununda yerli "İnter Mayami" klubu ilə Misirin "Əl-Əhli" komandası qolsuz heç-heçəyə razılaşıblar. Mundiala iyulun 13-də yekun vurulacaq.