
ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində B qrupunun növbəti matçında İspaniyanın "Atletiko Madrid” və ABŞ-nin "Sietl Saunders" klubları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 11-ci dəqiqədə "Atletiko"nun futbolçusu Pablo Barrios açıb. 47-ci dəqiqədə Aksel Vitsel fərqi daha da artırıb. 50-ci dəqiqədə hesab arasındakı fərqi azaldan Albert Rusnak ABŞ təmsilçisini ümidləndirsə də, Pablo Barrios 55-ci dəqiqədə fərqi yenidən iki topa çatdırıb.
Qeyd edək ki, B qrupunda II turun növbəti oyununda Fransanın "Pari-Sen Jermen" klubu Braziliyanın "Botafoqo" komandası ilə üz-üzə gələcək.