
Almaniyanın “Bavariya” və Braziliyanın “Flamenqo” klubları FİFA Klublararası Dünya Çempionatında pley-off mərhələsinə vəsiqəni təmin ediblər.
Sportnet.az xəbər verir ki, "Bavariya" 6 xalla C qrupuda turnir cədvəlinə başçılıq edir. Son turun nəticəsindən asılı olmayaraq, almanlar növbəti mərhələdə oynamaq şansı qazanıblar.
D qrupunda 6 xal yığan "Flamenqo" da pley-offa vəsiqəni təmin edib. Hərəyə 3 xalı olan “Esperans” və "Çelsi" qrup mərhələsinin son turunda üz-üzə gələcəyindən, Braziliya klubunun ilk 2 yerdən birini tutacağı dəqiqləşib.