
Futbol tarixinin ən güclülərindən hesab olunan Lionel Messi bu gün ad gününü qeyd edir.
Sportnet.az xəbər verir ki, əvvəllər İspaniyada “Barselona”, Fransada PSJ, hazırda isə ABŞ-nin “İnter Mayami” klubunun şərəfini qoruyan argentinalı hücumçunun 38 yaşı tamam olur.
Messi karyerası ərzində 45 titul qazanmaqla bu göstəricidə rekordçudur.
O, "Barselona" ilə 10 dəfə İspaniya La Liqasını, 7 dəfə İspaniya Kubokunu, 8 dəfə İspaniya Superkubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və eynisayda FIFA Klublararası Dünya Çempionatını qazanıb.
Messi PSJ ilə iki dəfə Fransa Liqa 1-ni, bir dəfə isə Fransa Kubokunu qazanmağı bacarıb.
2005-ci ildən Argentina milli komandasının üzvü olan futbolçu son dünya çempionatının qalibidir. O, yığma ilə iki dəfə Amerika kubokunu da başı üzərinə qaldırıb.
Bundan başqa, argentinalı ulduz 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. Onun bu göstəricidə ən yaxın izləyicisi 5 "Qızıl top"u olan Kriştianu Ronaldudur.
Lionel Messi model Antonella Rokutso ilə evlidir. Cütlüyün 3 övladı var.