
Dağıstan Respublikasının Dövlət katibi və “Anji” futbol klubunun təsisçisi Maqomed-Sultan Maqomedov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, başlanmış cinayət işi çərçivəsində 69 yaşlı sahibkarla əlaqəli bir neçə ünvanda axtarışlar aparılıb.
Axtarışlar Maqomedovun yaşadığı evdə, həmçinin Dağıstan rəhbərliyinin və hökumətinin binasında yerləşən onun iş otağında həyata keçirilib.
Axtarışların “Dağneftebaza”nın qanunsuz özəlləşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində aparıldığı bildirilir.
Qeyd edək ki, “Anji” futbol klubu Maqomed-Sultan Maqomedov tərəfindən 1991-ci ildə yaradılıb. 2022-ci ildə klub peşəkar statusunu itirib.