
Türkiyənin "Antalyaspor" klubu kamerunlu futbolçu Samuel Etonu heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, bu barədə hücumçu öz instagram hesabında yazıb.
34 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Samuel Eto "Real Madrid", "Çelsi" kimi klublarda çıxış edib. "Antalyaspor"a isə "Sampdoriya"dan keçib.