
Argentinanın "Atletiko San Telmo" klubunun futbolçusu Kamilo Nuin əməliyyat vaxtı ölüb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi oynaqlarının bərpası məqsədilə xaçabənzər bağlarındakı zədənin müalicəsi üçün tibbi prosedurdan keçib.
Gənc oyunçu alternativ müalicə üsulunu sınaqdan çıxarıb.
Faciənin dəqiq təfərrüatları araşdırılır.
Hadisə ilə əlaqədar Argentina Futbol Assosiasiyası, onun prezidenti Klaudio Tapia və klub başsağlığı verib.
Xatırladaq ki, Kamilo Nuin "San Telmo"nun sistemindəki komandalarda 2022-ci ildən forma çıxış edib. Əvvəllər o, "Boka Xuniors" və "İndependyente" akademiyalarında təhsil alıb. "San Telmo" Argentinanın II Divizionunda çıxış edir.