
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, "bayquşlar" Stiv Solvetlə iki illik müqavilə imzalayıb.
Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.