
"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, tərəflər başa çatan müqaviləni yeniləməyib.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. O, son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.