
"Kəpəz" üç portuqaliyalı futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeydanın müqaviləsi başa çatıb.
Onlarla yeni müqavilə bağlanılmayıb.
"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib.
Müdafiəçi Verdaşka 27, Santos isə 31 matçda komandanın şərəfini qoruyub.