
Bu gün ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu yerli “İnter Mayami” klubu ilə Fransa təmsilçisi PSJ arasında baş tutacaq.
Atlantadakı “Mersedes Benz” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Günün digər matçı isə Braziliya “Flamenqo”su ilə Almaniyanın “Bavariya” klubu arasında oynanılacaq.
“Hard Rok” arenada baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
FIFA Klublararası Dünya Çempionatı
1/8 final mərhələsi
29 iyun
20:00 PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)
00:00 "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, ötən gün keçirilən oyunların yekununa əsasən “Çelsi” (İngiltərə) və “Palmeyras” (Braziliya) komandaları 1/4 final mərhələsinə yüksəlib.