
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) 2026-cı il dünya çempionatında hissələr arasındakı fasilələri artırmağı təklif edib.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, fasilənin 15 dəqiqədən 20 dəqiqəyə çatdırılması istənilib.
Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 16 şəhərdən 9-da istilərlə əlaqədar xəstələnmək üçün xüsusilə riskli şərait mövcuddur.
Atlanta, Boston, Dallas, Qvadalaxara, Hyuston, Kanzas Siti, Mayami, Monterrey və Filadelfiyada təhlükəli isti və nəmlik gözlənilir. Bu isə futbolçuların təhlükəsizliyi üçün problemlər yarada bilər.
FIFPro-nun tövsiyələrinə əsasən, 28 dərəcədən yuxarı göstərici matçların təxirə salınması və ya başqa yerə keçirilməsi anlamına gəlir.