
İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Tomas Parteyə qarşı zorlama ittihamı irəli sürülüb.
Sportnet.az xəbər verir ki, London polisi 32 yaşlı yarımmüdafiəçini zorlama ilə əlaqədar 5, cinsi zorakılıqla bağlı isə 1 halda ittiham edib.
Qana yığmasının 32 yaşlı oyunçusunun cinayəti 2021-2022-ci illərdə törətdiyi güman olunur.
Britaniya krallığının Prokurorluğu polisə ittiham irəli sürmə səlahiyyətini detektivlər sübutları ortaya qoyduqdan sonra verib.
Qeyd edək ki, şikayətlər 3 qadından daxil olub. Onlardan birinə 2 halda, digərinə 3 halda, sonuncusuna isə 1 halda zorlamanın olduğu bildirilib.