
Türkiyənin "Fənərbağça" klubu "Mançester Yunayted"in futbolçusu Luiş Nanini heyətinə qatacaq. Sportnet.az-ın məlumatına görə, artıq tərəflər arasında razılıq əldə olunub.
28 yaşlı portuqaliyalı yarımmüdafiəçi gələn həftə tibbi yoxlanışdan keçdikdən sonra İstanbul klubu ilə müqaviləyə imza atacaq.
"Fənərbağça" Naniyə görə "qırmızı şeytanlar"a 5 milyon avro ödəyəcək.