
Karlos Teves Argentinanın “Tallyeres” klubunun baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
41 yaşlı Tevesin artıq məşqçilik təcrübəsi var. O, 2023-2024-cü illərdə "İndependyente", 2022-ci ildə isə "Rosario Sentral"a rəhbərlik edib.
Argentinalı Teves futbolçu karyerasını 2022-ci ildə başa vurub. O, karyerası ərzində vətənində “Boka Xuniors”, Braziliyada “Korintians”, İngiltərədə “Vest Hem”, “Mançester Yunayted” və “Mançester Siti”, İtaliyada “Yuventus” və Çində “Şanxay Şenxua” kimi komandalarda çıxış edib.
Karlos Teves “qırmızı şeytanlar”la UEFA Çempionlar Liqasının qalibi olub, Argentina millisi ilə isə olimpiya çempionu olub.